Rusiya prezidenti əcnəbi məşqçilərin dəvətini normal sayır Rusiya prezidenti əcnəbi məşqçilərin dəvətini normal sayır

Vladimir Putin Azərbaycanı nümunə göstərdi

Rusiya prezidenti əcnəbi məşqçilərin dəvətini normal sayır



Vladimir Putin, Rusiya Federasiyası prezidenti yanında bədən tərbiyəsi və idmanın inkişafı üzrə Şuranın iclasında maraqlı fikir səsləndirib. AzNews.az-un məlumatına görə, o, çıxışında əcnəbi məşqçilərin ölkəyə dəvətini normal və faydalı hesab etdiyini deyib. Bununla yanaşı, dövlət başçısı bildirib ki, həmin mütəxəssislər təkcə idmançıları hazırlamaqla məşğul olmamalıdırlar. Müqavilədə onların yerli məşqçilərə təcrübə keçməsi də yer almalıdır. Sitat:

"Xarici məşqçilərin dəvət olunması - normal, faydalı praktikadır. Bu bütün dünyada tətbiq olunur. Pis odur ki, kiçik sahədə qarşıya böyük vəzifə yerinə yetirilmədikdə, narazılıq yaranır. Ümumən, bizim mütəxəssislər xarici təcrübə və texnologiyanı lazımınca mənimsəməyiblər".

Rusiya prezidenti xarici nümunəni buna misal göstərib. O deyib ki, digər ölkələrdə əcnəbiləri dəvət edəndə, müqavilədə idmançı hazırlamaqla yanaşı, yerli məşqçilərlə birgə işləmək də qeyd edilir: "Bu düzgün, tam sağlam və sistemli yanaşmadır. Mütləq bu işə keçmək lazımdır".

Qeyd edək ki, ölkəmizdə xeyli sayda əcnəbi mütəxəssis çalışır. Buna Peter Zeyzenbaher (cüdo), Vladimir Zolotaryev (boks), Seypulla Absəidov (sərbəst güləş), Mariana Vasilyeva (bədii gimnastika), Rudiger Hauffe (akademik avarçəksə) və Aleksandr Kolıbelnikovu (kayak və kanoe) misal göstərmək olar.

Kamran Hacı
AzNews.az