Mübariz Mənsimovun qarşısına şərt qoyuldu

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun xeyli müddərdir komandasına baş məşqçi axtarması barədə xəbər vermişdik. "Qasımpaşa"nın sabiq çalışdırıcısı Mətin Diyadinlə ortaq məxrəcə gələn azərbaycanlı iş adamı, bu anlaşmadan xeyli öncə, bosniyalı mütəxəssis Vladimir Petkoviçlə görüşüb. AzNews.az-a daxil olan məlumata görə, səmimi keçən söhbətdə balkanlı məşqçi bizim üçün qəbulolunmaz təklifləri irəri sürüb.

Mənbəmiz deyib ki, Petkoviç Mənsimovla görüşdən öncə "Xəzər Lənkəran"ı yaxşıca öyrənib. Ona "ağ-yaşıllar"da olan vəziyyət təfsilatı ilə anladılıb. Bu üzdən, bosniyalı çalışdırıcı konkert danışıb. Mütəxəssis bildirib ki, "Xəzər Lənkəran"la müqavilə bağlayarsa, onun işlərinə klub rəhbərliyi qətiyyən qarışmayacaq; komandaya səviyyəli legionerlər transfer olunacaq. Üstəlik, anlaşma FİFA qaydaları çərçivəsində həll olunacaq. Yəni, baş məşqçinin real məvacibi olduğu kimi ali qurumun sənədində göstəriləcək.

Digər qaynağımızın bilgisinə görə, Mübariz Mənsimov təklifi götür-qoy etmək üçün, düşünməli olduğunu deyib. Bir müddət keçdikdən sonra isə, bildirdiyimiz kimi, o, İstanbulda türkiyəli çalışdırıcı ilə görüşüb və qısa zamanda onunla anlaşıb.

Qeyd edək ki, Petkoviç 2011-12 mövsümündə qardaş ölkədə "Samsunspor"u çalışdırıb. İyunun 2-dən İtaliya "Latsio"sunun baş məşqçisidir.

Kamran Hacı
AzNews.az