Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir. Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir.

Hafiz Məmmədova 5 milyon avro təklif edildi

Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir.



Fransa mətbuatının məlumatına görə, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib.

Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftə H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.

"Lans"ın hazırkı prezidenti Jerve Martel isə məsələylə bağlı ötən həftə H.Məmmədovla görüşüb və ondan klubun səhmlərini satmasını istəyib.

Qeyd edək ki, Hafiz Məmmədov "Bakı" klubunun prezidentidir.

Report.az