- Köhnə - İdman
- 10 Noyabr 2012 18:32
- 2 568
Azərbaycan – Ermənistan: 6:1
![](https://www.aznews.az/storage/photos/roma.jpg)
Bu qələbədə düşmən ölkə ilə görüşü xüsusi qeyd etmək lazımdır. Prinsipial qarşılaşmada pəhləvanlarımız rəqibinə böyük üstünlüklə qalib gəliblər – 6:1! Halbuki Ermənistan komandası yunan-Roma güləşində aparıcı ölkələrdən sayılır.
Digər yarımqrupda Rusiya, Bolqarıstan və Macarıstan kollektivləri mübarizə aparıblar. Finalda seçməmizin rəqibi elə meydan sahibləri olacaq. Həlledici qarşılaşma sabah saat 12.00-da başlayacaq.
Avropa Millətlər Kubokunda ölkəmizi böyük məşqçi Şaban Donad və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi - 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edirlər. Qrup mərhələsi
AZƏRBAYCAN - UKRAYNA 4:3
55 kq. Orxan Əhmədov - Yuriy Koval (3:0, 1:0) 60 kq. Sakit Cəlilov - Konstantin Balitskiy (3:0, 3:0) 66 kq. Həsən Əliyev - Denis Demyankov (1:0, 1:0) 74 kq. Elvin Mürsəliyev - Dmitro Pışkov (3:0, 1:0) 84 kq. Rafiq Hüseynov - Jan Belenyuk (0:1, 1:2) 96 kq. Araz Həsənov - Sergey Rutenko (0:1, 0:1) 120 kq. Zaur Mehrəliyev - Yevgeniy Orlov (0:1, 0:2)
AZƏRBAYCAN - ERMƏNİSTAN 6:1
55 kq. Orxan Əhmədov - Qevorq Qəribyan (1:0, 2:0) 60 kq. Sakit Cəlilov - Avik Qriqoryan (1:0, 1:0) 66 kq. Rəsul Çunayev - Saakyan (2:0, 0:1, 3:0) 74 kq. Elvin Mürsəliyev - Karapet Çalyan (2:1, 0:3, 1:0) 84 kq. Rafiq Hüseynov - Minasyan (0:3, 4:0, 5:0) 96 kq. Araz Həsənov - Artur Aleksanyan (0:1, 0:2) 120 kq. Zaur Mehrəliyev - Vaçik Yeğizaryan (1:0, 1:0)
Kamran Hacı
AzNews.az