«Azərreyl» Polşa klubunu üstələdi

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
AzNews.az xəbər verir ki, "dəmiryolçular" evdə Polşanın "Tauron" komandasını qonaq edib.

Alessandro Çiappininin rəhbərlik etdiyi kollektiv matça istədiyi kimi başlamasa da, sonradan təşəbbüsə yiyələnməyi bacarıb. Rəqibi hücumları ilə çaş-baş salan "Azərreyl" bu yarışda 2-ci qələbəsini qazanıb - 3:1 (22:25, 25:12, 25:20, 25:17).

"D" qrupunda yer alan "dəyimryolçular"ın hazırda 6 xalı var. Bakı klubu əvvəlki tək 2-ci yerdədir.

Kamran Hacı

AzNews.az