Berti Foqts: “İndi çox əsəbiyəm“

"Burada 1 xalı qazanmaq asan deyildi. Bizi güclü rəqib gözləyirdi. Onlar şanslarından istifadə edə bilmədilər. Bizim də 2-ci qolu vurmaq imkanımız vardı".

AzNews.az-un məlumatına görə, bu açıqlamanı Dünya kuboku-2014-ün seçmə qrup mərhələsində Belfastda keçirilmiş Şimali İrlandiya - Azərbaycan qarşılaşmasından sonra, millimizin baş məşqçisi Berti Foqts verib.

1:1 hesabı ilə başa çatmış maçtla bağlı almaniyalı mütəxəssis deyib ki, yağışlı hava "ay-ulduzlular"ımızın yaxşı oyun nümayiş etdirməsinə imkan verməyib: "60-cı dəqiqədə oyunu dayandırdıq, buna görə hirslənmişəm. Bundan sonra səhvlər artdı.

Azərbaycan millisi beynəlxalq səviyyədə sona kimi oynamalıdır. Məncə, əlavə 6 dəqiqə düzgün idi. Futbol tanrısı bu gün Şimali İrlandiyaya 1 xal bağışladı. Oyundan öncə 1 xala razı olardım. Ancaq indi çox əsəbiyəm ki, 1 xal qazanmışıq.

Futbolçularımız belə yağışlı havada oynamağa öyrəşməyib. Rəqib gözlənildiyi kimi güclü idi, hava şəraiti onlar üçün daha münasib idi. Komandamız gəncdir və bu gün heyətdə 2 yeni futbolçu gordük".

Kamran Hacı
AzNews.az