Məlum olduğu kimi, iyunun 30-da Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia"nı (Gürcüstan) qəbul edən "Qəbələ" rəqibinə 5:1 hesabı ilə qalib gəlib. Bununla da, "Qəbələ" avrokuboklarda ev oyununda 5 qol vuran ilk Azərbaycan klubu kimi tarixə düşüb. Məlum olduğu kimi, iyunun 30-da Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia"nı (Gürcüstan) qəbul edən "Qəbələ" rəqibinə 5:1 hesabı ilə qalib gəlib. Bununla da, "Qəbələ" avrokuboklarda ev oyununda 5 qol vuran ilk Azərbaycan klubu kimi tarixə düşüb.

“Qəbələ”nin kapitanından pozitiv açıqlamalar: “...daha güclüyük”

Məlum olduğu kimi, iyunun 30-da Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia"nı (Gürcüstan) qəbul edən "Qəbələ" rəqibinə 5:1 hesabı ilə qalib gəlib. Bununla da, "Qəbələ" avrokuboklarda ev oyununda 5 qol vuran ilk Azərbaycan klubu kimi tarixə düşüb.


"Qəbələ"nin qələbəsi ilə bağlı klubun kapitanı Rəşad Sadiqov AzNews.az-a danışıb.

O deyib ki, bu qələbə bir qədər gözlənilməz olub: "Düzdür hesab bir qədər gözlənilməz oldu. Amma biz bu oyuna da tam hazır idik. Bizə tapşırılmışdı ki, ilk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradaq, qol vurmağa çalışaq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Əziyyətimizin bəhrəsini gördük. Fikrimcə, layiqli qələbə qazandıq".

Qrup mərhələsinə düşmək məsələsinə gəlincə, kapitan bildirib ki, komandan bu il daha güclüdür: "Bizim taleyimiz püşkdən asılıdır. Ola bilər, biz bu mövsüm Avroliqanın qrup mərhələsinə düşə bilməyək. Ancaq düşünürəm ki, komandamız ötən ildəkindən daha güclüdür. "Samtredia" ilə cavab matçına da ciddi hazırlaşacağıq. Səfərdə də qələbə qazanmağa çalışacağıq".

Aygün İlqarqızı