Məşhur futbolçunun xanımı zorlanıb: “Soyuq tər axırdı”

İngiltərə millisinin və "Lester"in ulduzu Ceymi Vardinin həyat yoldaşı Rebeka Vardi illər əvvəl cinsi istismara məruz qalıb.


Rebeka bu barədə "The Sun"a açıqlamasında bildirib.

Rebeka 15 yaşı olanda ailə dostlarının ona təcavüz etdiyini və 3 il cinsi istismara məruz qaldığını bildirib. Başına gələnlərin bütün uşaqlığını məhv etdiyini bildirən Rebeka Vardi aldığı psixoloji zərbənin təsirinin hələ də qaldığını qeyd edib. 3 uşaq anası olan Rebeka anası Alisonun və digər ailə üzvlərinin toylarına da məhz bu üzvdən qatılmadığını ilk dəfə açıqlayıb.

"O gündən etibarən eyni uşaq olmadım. Çünki özümü heç vaxt təhlükəsizlikdə hiss etmədim. Onu hər dəfə görəndə əlim-ayağım tutulurdu, soyuq tər axırdı. O isə daha artığını edirdi. Qurtula bilməyəcəyimi hiss edirdim" - deyə Rebeka etiraf edib.

Anspress.com