Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

“Qəbələ“ səfərdən qələbə ilə qayıdır- Video + Yenilənib

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.


AzNews.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə üçüncü matçına çıxir.

Oyun 22:30-da başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

MTK (Budapeşt, Macarıstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Boyan Pandjiç

Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom

Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu.

22:44
***

25-ci dəqiqədə Nika Kvekveskiri hesabı açır. 1:0 "Qəbələ"nin xeyrinədir .

23:03
***

Oyunun 63-cü dəqiqəsində Filip Ozobiç hesabı 2:0 edir.

23:58
***

MTK oyunçusu Torgelli 70-ci dəqiqədə komandasının ilk qolunu vurur .

00:08
***

Oyun bitdi. "Qəbələ" səfərdən 2:1 hesablı qələbə ilə dönür.