İki qat Avropa çempionu, ilk Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarov AzNews.az-a müsahibə verib. İki qat Avropa çempionu, ilk Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarov AzNews.az-a müsahibə verib.

“Səsimi eşitməsə, kefi pozular” - Fəridə Əzizovanın məşqçisi + Fotolar

İki qat Avropa çempionu, ilk Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarov AzNews.az-a müsahibə verib.


S. Zülfüqarov Rioda keçiriləcək olimpiya oyunlarında 67 kq çəki dərəcəsində çıxış edəcək F.Əzizovanın hazırlıq durumundan danışıb. O, həmçinin tələbəsi ilə bağlı bəzi maraqlı məqamlara da toxunub.

- Səbuhi bəy, Olimpiya oyunlarına gedəcək taekvondoçular arasında neçə tələbəniz var?

- Bir nəfər, o da Fəridə Əzizovadır.

- Fəridə xanımın hazırlıq durumu necədir? Məşqçi kimi sizi tam qane edirmi?

- Məncə hələ tam formada deyil. Yəqin olimpiya oyunlarına qədər formada olar. Bir az problemlərimiz olsa da, bura qədər hər şey normal olub.

- Necə problemler?

- Lisenziya alana qədər 2-3 yarışa gedə bilmədi. Sonra da ispanlarla məşqimiz olmalı idi. Maddi problemlər olduğuna görə ora da gedə bilmədik Amma son zamanlar olan yarışların hamısında iştirak etdik.

- İndi məşqlərinizi harada və necə davam etdirirsiniz?

- 5-ci gün Serbiyadan təlim-məşqlərdən qayıtdıq. 2 gün istirahət etdi. İyulun 7-dən federasiyanın zalında məşqlərimiz olacaq. Həm də oteldə qalacaq.


- Sizcə, Fəridə Əzizovaya Rioda keçiriləcək olimpiya oyunlarında nə mane ola bilər?

- Mənim orada iştirak etməməyim.

- Niyə?

- Mən də getməli idim. Amma maddi çətinliyə görə alınmadı.

2 ildir o, bütün hazırlığı mənimlə keçir. Onun bütün rəqiblərini çox yaxşı tanıyıram. Hər birini analiz etmişik. Amma mənin Rioda ola bilməməyim çox pis oldu.

- Bu baxımdan Fəridə Əzizova ilə yəqin ki, psixoloji dəstək məqsədli söhbətiniz olub…

- Əlbəttə. Onun özü də mənim getməməyimə görə çox pis olub. Çünki mənə çox inanır. Mən də onu çox yaxşı tanıyıram. Bilirəm hansı rəqiblə necə döyüşmək lazımdır.

- Bu barədə federasiyadan kömək istəməmisiniz? Axı Fəridə Əzizova Olimpiya oyunlarında medal getirəcəyinə inanılan idmançılardandır…

- Federasiya rəhbərliyinə müraciət etmişik. Cavab gözləyirik. Hələ də ümidimiz…

- Fəridədən hansı nəticəni gözləyirsiniz?

- Məncə, yaxşı nəticə verəcək. Çempion da ola bilər. Diqqətli olsa… Təbii ki, kefi də yaxşı olsa… (gülür)

- Bəs onun kefini nə qaçıra bilər?

- Mənim səsimi eşitməmək. (gülür)

- Fəridə Əzizova dissiplinli idmançıdır, yoxsa bəzən səhlənkarlıq edir?

- Çox dissiplinlidir. Heç vaxt səhlənkarlıq etmir. Onun fikri ancaq çempion olmaqdır.

- Fəridə Əzizovanın sizdən incidiyi anlar olub?

- İnanmıram… Çünki onu çox yaxşı tanıyıram, o da məni… Fəridə bilir mənim nədən xoşum gəlmir, və ya əksinə…

- Məşqlərdə onu kişi idmançılarla qarşı-qarşıya gətirmisiniz?

- Onun qadın məşq yoldaşı var ki, heç?! Hamısı kişidir. Qızları təkcə Serbiyada görüb.

- Kişilərə qarşı müqaviməti necədir?

- Özü də elə kişidir (gülür). Kişilərə qarşı müqaviməti, mübarizəsi elə kişi kimidir. O, həmişə oğlanlarla döyüşür. O, adi qız deyil. Fəridədə kişi xarakteri var. Ona görə də qadınlar arasında Azərbaycan taekvondosunun ən yaxşısıdır. Döyüşlərinin 70-80 faizini axır 30 saniyələrdə udub

Aygün İLQARQIZI