Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

“Qarabağ” “Viktoriya” oyunu qolsuz başa çatdı- Yenilənib

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.


AzNews.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olur.

"Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Plzen. "Dusan Arena" stadionu

22:32
***

Oyunun 75-ci dəqiqəsində "Viktoriya"nın futbolçusu Yan Baranek ikinci sarı vərəqəni alaraq oyundan kənarlaşdırıldı.

23:50
***

Oyun qolsuz bərabərliklə başa çatdı.