BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb. BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb.

BMT baş katibi Olimpiya barışığı elan etdi

BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb.


Bu barədə "Associated Press" agentliyi məlumat verib.

"Beynəlxalq Olimpiya Komitəsi və Birləşmiş Millətlər Təşkilatı harmoniya və sülh naminə birlikdə çalışır. Bu ruhda biz Olimpiya barışığı elan edir və müharibə aparan tərəfləri silahı yerə qoymağa və Oyunlar zamanı bütün fikir ayrılıqlarını kənara qoymağa çağırırıq", - Pan Gi Munun mesajında deyilir.

Qeyd edək ki, Olimpiya Oyunları-2016 avqustun 5-dən 21-dək Rio-de-Janeyroda (Braziliya) keçiriləcək.

Report.az