- Köhnə - İdman
- 30 Noyabr 2012 07:55
- 2 300
Türk futbolçu özbaşınalıq etdi - QALMAQAL
![](https://www.aznews.az/storage/photos/goyxan.jpg)
AzNews.az xəbər verir ki, "Rubin"lə bu ilin iyulunda anlaşan Təpənin harada olması barədə klubdan da xəbər verə bilməyiblər. Onun sadəcə xəstə olduğu deyilib.
Rusiya mətbuatı 20 yaşlı futbolçunun qaçışını onun agentinin bəyanatı ilə əlaqələndirib. Noyabrın 22-də Təpənin nümayəndəsi Georq Yablukov Tatarıstanın prezidenti Rüstəm Minnixanova açıq məktub yazıb. Agent orada qeyd edib ki, "Rubin"in nümayəndələri transfer zamanı Göyxan Təpədən 500 min avro "qoparıblar" və bunda komandanın baş məşqçisi Qurban Beldiyevin də əli var.
Beldiyev bundan sonra ünvanına söylənənləri rədd edərək, bunun Kazan klubuna qarşı təxribat olduğunu deyib. Mətbuat yarımmüdafiəçinin Türkiyəyə döndüyü və klubla müqaviləsini ləğv etmək istədiyi yazır. Futbolçu özü isə İstanbula agent işləri ilə bağlı qayıtdığını söyləyib.
Kamran Hacı
AzNews.az