"Trabzonspor" Şeydayevdən imtina etdi

Bu gün "Trabzonspor"da idarə heyətinin fövqəladə iclası keçirilib.

Qol.az-ın "Lig TV"yə istinadən yaydığı xəbərə görə, klub prezident Muharrem Usta, baş məşqçisi Ərsun Yanalın da iştirak etdiyi iclasda komandanın mövsümün ilk yarısındakı çıxışı müzakirə olunub.

Bundan başqa, klubun transfer planları barədə fikir mübadiləsi olub.

İclasda millimizin futbolçusu Ramil Şeydayevi yolları ayırmaq barədə müzakirə aparılıb. Qış fasiləsində komandadan R.Şeydayevlə yanaşı, Hun Yun Suk, Luis İbenez, Güray Vural və Muhammet Demirin göndərilməsinə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında R.Şeydayevin icarəyə veriləcəyi xəbərləri yayılıb.

AzNews.az