Amerikalı boksçu, orta ağır çəkidə olimpiya çempionu, üçqat dünya çempionu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də anadan olub. İdmançı peşəkar rinqdə 61 döyüş keçirib və bunlardan yalnız 5-də məğlub olub. 37 dəfə rəqibini nokauta göndərib. 1981-ci ildə Əli peşəkar karyerasını başa vurub və Parkinson xəstəliyi ilə mübarizəyə başlayıb. Bu mübarizə onun ömrünün sonuna qədər davam edib. Amerikalı boksçu, orta ağır çəkidə olimpiya çempionu, üçqat dünya çempionu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də anadan olub. İdmançı peşəkar rinqdə 61 döyüş keçirib və bunlardan yalnız 5-də məğlub olub. 37 dəfə rəqibini nokauta göndərib. 1981-ci ildə Əli peşəkar karyerasını başa vurub və Parkinson xəstəliyi ilə mübarizəyə başlayıb. Bu mübarizə onun ömrünün sonuna qədər davam edib.

Kəpənək kimi uçan, arı kimi sancan əfsanə - Məhəmməd Əlinin doğum günüdür

Amerikalı boksçu, orta ağır çəkidə olimpiya çempionu, üçqat dünya çempionu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də anadan olub. İdmançı peşəkar rinqdə 61 döyüş keçirib və bunlardan yalnız 5-də məğlub olub. 37 dəfə rəqibini nokauta göndərib. 1981-ci ildə Əli peşəkar karyerasını başa vurub və Parkinson xəstəliyi ilə mübarizəyə başlayıb. Bu mübarizə onun ömrünün sonuna qədər davam edib.

İslamın qəbulu, orduda xidmətdən imtina, 4 nikah, müziklda iştirak və ehtiyacı olanlara həqiqi yardım...

AzNews.az Kassius Kleyin yüksəliş və eniş tarixçəsini təqdim edir:

Kassius Marsellus Kley-kiçik Kentukku ştatında evdar qadın Odessa Kley və plakat rəssamı Kassius Kleyin ailəsində anadan olub.

Kiçik yaşlarından ailəsinin maddi dolanışığını təmin edən bir çox qaradərili dostlarından fərqli olaraq, Kassius uşaqlığında işləməyib. O, sadəcə Luisvillsk universitetində parta və sinif lövhələrini silməklə cib xərcliyini qazanıb.

Kassiusun uşaqlıq və yeniyetməlik dövründə onun doğma şəhərində irqi ayrı-seçkilik abu-havası hökm sürüb. Bu hadisə, onun şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərib. Kassius uşaq vaxtı yatmazdan əvvəl cəmiyyətdə qaradərililərə ikinci növ insan kimi yanaşılmasının səbəbini anlamadığı üçün dəfələrlə ağladığını deyib.

12 yaşında Kassius qazandığı pullarla özünə “Schwinn Bicycle Company” şirkətinə aid velosiped alıb. Ertəsi gün dostu ilə birlikdə yarmarkaya gedən Kassius burada velosipedinin oğurlandığını görüb.

Bu zaman hədsiz dərəcədə üzgün olan Kley Co Martin adlı ağdərili polislə qarşılaşıb. Velosipedini oğurlayanı döyəcəyini deyən Kassius Martinin “kimisə döyməzdən əvvəl, bunu öyrənmək lazımdır” cavabını eşidib.

Görüş taleyüklü olub: Martin Kassiusu gənc boksçulara məşq keçdiyi idman zalına dəvət edib. Bu gənclərdən bir çoxu “qızıl əlcəklər” həvəskar turnirlərində iştirak ediblər.

Kassiusun məşqi heç də asan iş olmayıb. O, həmişə digər gənclərə sataşıb, bütün zala ən yaxşı boksçu olduğunu və dünya çempionu olacağını elan edib. Buna görə Martin Kassiusu bir müddətlik zaldan qovmalı olub.

Zala ilk baş çəkdiyi vaxtdan 6 həftə sonra Kassiusun debüt həvəskar döyüşü baş tutub. Döyüş “Gələcək çempionlar” proqramında televiziyada da nümayiş olunub. Onun rəqibi Ronni O’Kifi adlı ağdərili gənc olub. Kassius yaşca daha kiçik və daha az təcrübəli olmasına baxmayaraq, hakimlərin qərarı ilə qələbə qazanıb.

Nəticələr elan olunduqdan sonra Kassius kameraya ən böyük boksçu olacağını qışqırıb. Bu andan etibarən qələbəni dadan Kley hər gün boks texnikası və dözümlülüyün üzərində çalışıb.

O, tez-tez məktəbə avtobusla getmək əvəzinə bu yolu qaçaraq qət edib. İçki, siqaret, narkotik kimi pis vərdişlərdən uzaq olan Kassius sağlam qidanın pərəstişkarına çevrilib.

“Mən məşqin hər dəqiqəsinə nifrət edirdim. Lakin özüm-özümə “getmə, indi əzab çək və bütün qalan ömrünü çempion kimi yaşa” dedim” - deyə o sonralar xatırlayıb.

Artıq 17 yaşında Kassius ABŞ yığma komandasına daxil olub və 1960-cı ildə orta ağır çəkidə olimpiya çempionluğunu qazanıb.

1962-ci ilin martında Kley Seçmə komissiya tərəfində “1-A” (xidmət üçün yararlı) statusunu alıb və 1964-cü ildə tibbi çağırış komissiyasına gedib. Təbii ki, asanlıqla fiziki testdən keçib.

Daha sonra o, 3 psixiatırın nəzarəti altında testi təkrarlamalı olub və nəticədə xidmət üçün yararsız hesab olunub. Əli bununla bağlı belə zarafat edib: “Mən ən böyük olduğumu deyirdim, ən ağıllı yox.”

Həmin vaxt Kassius 5 qələbə qazanıb. Bütün döyüşlər 6-cı raundu keçmədən nokautla başa çatıb.

22 yaşında Kassius bütün dünyanı heyran etmək üçün o zamanki çempion Sonni Listonla döyüş keçirib.

Döyüşdən əvvəl Kassius hədələr və proqnozlar səsləndirib. Onun nəbzi isə həyəcanla vurub. Boksçunun tibbi müayinəsini aparanlar onun zehninin müvəqqəti olaraq tutulduğunu deyiblər. Lakin o çempionluğu qazanıb.

Listonla döyüşdən sonra Kley rəsmən “İslam Birliyi”nə daxil olub. Bundan sonra hər kəs onu Kassius İks (təşkilatın üzvləri soyadlarında imtina edirdilər. Belə ki, bu soyadların onlara ağdərili quldarlardan qaldığını düşünürdülər) adlandırmalı idi.

2 həftə sonra Kassius yeni ad alıb – Məhəmməd Əli.

Bu xəbərə ictimaiyyətin reaksiyası əsasən mənfi olub. Əlinin atası “İslam Birliyi” nümayəndələrinin onun oğlunun ağlını qarışdırdığını, özünün bundan sonra da qürurla adını daşıyacağını bildirib. Ümumdünya boks assosiasiyasının (WBA) prezidenti “Kley boks dünyasına zərbə vurdu... və gənclərə pis nümunədir” deyə xəbərə münasibət bildirib.

2 metrə yaxın boyu və 100 kiloqrama yaxın çəkisi ilə Əli rinqdə o qədər asan hərəkət edir və zərbələri elə cəld endirirdi ki, rəqibləri əvvəlcə heytələnir, daha sonra nokauta düşürdülər. “Kəpənək kimi uçur, arı kimi sancıram” deyə Əli özü barəsində qeyd edib.

“Mən çox cəldəm. Yataq otağında işığı söndürmək üçün düyməyə basıram, işıq sönmədən yatağıma uzanmağı çatdırıram”, -deyə Məhəmməd zarafat edib.

Boksçunun döyüşlərinə daima çox sayda həvəskar və peşəkarlar toplanıb. Çempionluğunu dəfələrlə sübut edən Əli belə deyib: “Məşq zallarında çempion olunmur. İnsanın daxilində olanlar – istək, arzular, hədəflər çempionluq doğurur.”

1967-ci ilin aprelində Əli yenidən rəsmi olaraq orduda xidmət etməkdən imtina edib. Cəmi bir saat sonra Nyu Yorkun İdman komissiyası onu boks lisenziyasından məhrum edib, eyni zamanda Əlini dünya çemionu kimi tanımaqdan imtina edib.

Kənarlaşdırıldığı müddət ərzində Əli Brodvey müziklində rol alıb, sənədli filmə çəkilib, 900 000 dollara hamburger reklamı üçün adından istifadə olunmasına icazə verib, həmçinin “Ən böyük” adlı avtobioqrafiyasının satışından 200 000 dollar qazanıb.

4 il sonra ABŞ Ali məhkəməsi Əliyə yenidən çıxış etməyə icazə verib. 1970-ci il dekabrın 30-da Əli və Co Freyzer “Madison Square Garden”da nadir döyüş keçirmək barədə müqavilə imzalayıblar: tarixdə ilk dəfə məğlubedilməz keçmiş çempion və məğlubedilməz hazırki çempion görüşməli olub.

“Tüstülənən” ləqəbli Co Freyzer (deyirdilər ki, onun əlcəkləri zərbədən tüstülənir) ilk dəfə 29 yaşlı Məhəmmədi əməlli başlı “əzərək” nokauta göndərib. Lakin 3 il sonra Əli qisasını ala bilib.

Bir il də keçdikdən sonra Əli Co ilə elə bir döyüş keçirib ki, onu “Manildə qırğın”, “yüzilliyin savaşı” adlandırıblar. “Co 14 raund dözə bildi və mən onu nokauta göndərə bilmədim. O zamandan mən həmişə həmin döyüşü yuxumda görürəm. Arvadım deyir ki, mən yuxuda qollarımı tərpədir, Freyzeri adı ilə çağıraraq ona düzgün zərbə endirməyə çalışıram” -deyə Əli sonradan bu döyüşü xatırlayıb.

Bundan sonra Əli heç vaxt belə bir döyüş keçirməyib. Bir neçə il sonra ağırlaşmış və sürətini itirmiş boksçu silkələnib yenidən rinqdə qələbə qazanmağa çalışsa da, alınmayıb.

1980-cı ildə pula ehtiyacı olan Əli yeni döyüş keçirmək qərarına gəlib. Döyüş oktyabrın 2-də baş tutub. O zaman 38 yaşlı Məhəmməd artıq çəkidən əziyyət çəkirdi.

Çempion Larri Holms Əliyə hörmət etdiyi üçün onu zədələməmək istəyib. Buna baxmayaraq, döyüş zamanı ona çox saylı xəsarət yetirib. Bu, Məhəmmədin vaxtından əvvəl məğlub olduğu ilk döyüş olub. Kamera zalda əksər tamaşaçıların ağladığını çəkib.

4 il sonra eşitmə qabiliyyəti, nitqi zəifləyən Əli xəstəxanaya aparılıb. Bütün analizlərdən sonra onda Parkinson xəstəliyi aşkarlanıb.

Xəstəlik sağalmaz idi. Bütün müalicələr yalnız onun siptomlarının azaldılmasına yönləndirilib. Lakin Məhəmməd zehnini itirməyib və o, özünü İslama xidmətə həsr etmək qərarına gəlib.

Məhəmməd insanlara yardım etməyə başlayıb. Onun karyerasının başa çatması münasibətilə təşkil olunan mərasimdə Məhəmmədə brilliant üzük verilib. Elə həmin axşam Əli üzüyü əlil qıza bağışlayıb.

Məhəmməd öz məhşurluğundan istifadə edərək başqalarının da ondan nümunə götürməsinə və insanlara yardım etməsinə səbəb olub. Eyni zamanda Əli Livanda və İraqda ekstremistlərlə danışıqların aparılmasında iştirak edib. 1998-ci ildə Əli YUNİCEF-in xoşməramlı səfiri seçilib.

Bütün ömrü boyu Əli 4 dəfə evli olub. İlk olaraq o, Sonji Roy adlı ofisiant qızla tanışlıqlarından cəmi 1 ay sonra ailə qurub. “İslam Birliyi”nin üzvləri Əlini din və arvadı arasında seçim qarşısında qoyub. 1965-ci il iyunun 23-də cütlük boşanıb.

1967-ci il avqustun 17-də Əli Belinda Boydla evlənib. Belinda nikahdan az müddət sonra İslamı qəbul edib və adını Xəlilə Əli olaraq dəyişib. Cütlüyün 4 övladı dünayaya gəlib: qızları Məryəm, əkiz qızları Cəmilə və Rəşidə və oğlanları kiçik Məhəmməd Əli.

Məhəmmədi çox saylı pərəstişkarlarına qısqanan Xəlilə onun Veronika Porş adlı modellə münasibətini də öyrənir. Ailə 1977-ci ildə dağılıb.

Bundan sonra Əli Porşla evlənib. Artıq bir qızları olan cütlüyün daha sonra ikinci övladı da dünyaya gəlib. Leyla Əli adlı qız sonralar boks üzrə düya çempionu olub. 1986-cı ildə Əli və Veronika boşanıb.

1986-cı il noyabrın 19-da Əli gənclik vaxtlarından dost olduğu Yolante “Lonni” Uilyamsla ailə qurub. Cütlük Əsəd Əmin adlı 5 yaşlı uşağı övladlığa götürüb. Əsəd sonradan beysbolla məşğul olmağa başlayıb.

2016-cı il iyunun 2-də xəstəxanaya aparılan Məhəmməd Əli ertəsi gün vəfat edib.

Dəfn mərasimi iyunun 10 və 11-də öz doğma şəhəri Luisvelldə keçirilib. Şəhərin meri böyük boksçunun vəfatı ilə əlaqədar bayraqları endirməyi tapşırıb.

Hollivudun “Şöhrət Xiyabanında” Məhəmməd Əlinin ulduzu yerdə deyil, divarda yerləşdirilib. Çünki onun adı müqəddəsdir.

Aydan AXUNDOVA

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description