“Barselona”nın baş məşqçisi qeydə alınmayan qoldan danışdı - Foto

"Barcelona" İspaniya La Liqasının 20-ci turunda "Real Betis"lə heç-heçə oynamasına Luis Enrike şərh edib.

İstiPress-in məlumatına görə, matçın ən mübahisəli epizodu 78-ci dəqiqədə qeydə alınıb. Neymarın zərbəsindən sonra rəqib müdafiəçi Ayssa Mandi topu qapı xəttini keçəndən sonra qaytarsa da, təmiz hesaba alınmayıb.

Matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bunları deyib: "Hesab bizim üçün yaxşıdır, xal qazandıq. "Betis" ikinci hissədə 30 dəqiqə bizdən üstün oynadı. Onlar bizə rahat oynamaq imkanı vermədi və böyük pressinq tətbiq etdilər. Həmişəki səviyyəmizdə oynamadıq. Sayılmayan qol? Referilərin köməyə ehtiyacı var. Kamera və ya başqa şey, fərqi yoxdur".

Qeyd edək ki, oyunun baş hakimi matçın ikinci hissəsində təmiz qolu hesaba almayıb.