AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçında referi Ramil Diniyevin idarəçiliyi ilə bağlı açıqlama verib. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçında referi Ramil Diniyevin idarəçiliyi ilə bağlı açıqlama verib.

"Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun?" - Xaqani Məmmədov

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçında referi Ramil Diniyevin idarəçiliyi ilə bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, Xaqani Məmmədov Report-a müsahibə verib:

Qarşılaşmanın hakim-inspektoru kimi Diniyevin idarəliyini necə qiymətləndirərdiniz?

- Oyun çox gözəl keçdi. Hiss olunmurdu ki, 1-ci və 7-ci yerdə gedən komandalar üz-üzə gəlir. "Neftçi" çox artırıb və baxımlı oyun göstərir. Bəziləri iddia edir ki, guya başqa referi olsaydı, idarəçilik fərqli olardı. Biz məsələyə başqa cür yanaşırıq. Yəni, hakimləri oyuna görə seçmirik. Oyundakı epizodları araşdırıb, qərar verəcəyik. Hakim səhvidirsə, müvafiq tədbir görüləcək. Ancaq istənilən halda heç bir qərarı açıqlamırıq və açıqlamayacağıq.

- Dünən oyunun hakim-inspektoru özünüz idiniz. Şəxsi mövqeyiniz necədir?

- Biz hər bir epizodu komitə üzvləri ilə birgə araşdırır və qərar veririk. Yenə deyirəm, qərar heç bir halda elan olunmur.

- Şəxsi mövqeyinizi açıqlamamağı AFFA-nın baş katibi Elxan Məmmədovun iradından sonra qərara almısınız?

- Əslində Elxan müəllim düz deyir. Əvvəlcədən nə isə demək doğru deyil.

- Elə isə futbol azarkeşi kimi deyərdiniz: "Neftçi"nin lehinə verilməyən penaltidə referi haqlı idimi?

- Mən azarkeş kimi danışa bilmərəm. Hazırda sədr kimi müsahibə verirəm.

- Ümumilikdə oyunun idarəçiliyini necə dəyərləndirirsiniz?

- Məndən söz almaq istəyirsiniz ki, hakimliyə qiymət verim? Oyun, hakimlik və idarəçilik haqda danışa bilmərəm.

- İntizam Komitəsinin sabahkı iclasında hakimlik məsələsinə baxılıb müvafiq tədbir görülməsi barədə qərar çıxarıla bilər?

- Xeyr.

- Ramil Diniyev "Qarabağ"da çıxış edən Coşqun Diniyevin əmisi oğludur. Ümumiyyətlə, qohumun oyununa təyinat vermək nə dərəcədə düzgündür?

- Onda biz oyunlara hakim təyin etməyək. Rauf Cabbarovun, Əliyar Ağayevin, Mübariz Haşımovun atası hakim-inspektordur. Ramil Diniyevin əmisi baş məşqçidir, əmisi oğlu futbolçudur. Onda gərək oyunlara hakim təyin etməyək. Biz hamıya eyni gözlə baxırıq.

- Hakim-inspektor və hakimlər arasındakı ilə futbolçu və hakim arasındakı qohumluq fərqli anlayışlardır...

- Kimsə futbolçuya görə özünü yandırmalıdır? Niyə biz onu bu oyuna təyin etdik? Çünki Ramil Diniyev qış təlim-məşq toplanışında özünü ən yaxşı tərəfdən göstərən hakimlərdən biri olub. Bizə deyirlər ki, niyə FİFA hakimləri təyin olunmadı? Rəhim Həsənovu "Qarabağ"ın oyununa verək, yenidən söz çıxarsınlar? Ömər Paşayevlə Əliyar Ağayev hazırda İspaniyanın Malaqa şəhərində UEFA-nın elit və I dərəcəli hakimlər üçün kursundadır. Onlar ötən gün yola düşüblər. Yəni, bunu deyən insanlar gərək fikirləşsinlər də...

- Ağabala Ramazanov deyir ki, Ramil Diniyevin ondan penaltinin olub-olmadığını soruşub...

- Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun? Belə bir şey olmayıb, ola da bilməz!

- Belə iddialar varki, həmin epizodda hakimi qucaqladığı üçün futbolçuya sarı vərəqə göstərilməli idi...

- Vərəqəni hansı əsasla verəsən? Hakim heç ona fikir verməyib. Təmasdan-təmasa fərq var. Biri var ki, gəlib referini itəliyəsən. Biri də var epizoddan sonra gəlib hakimi qucaqlayasan. Dünya futbolunda o qədər belə hallar olur ki. Bu, dostyana, sevinc hisslərini cilovlaya bilmədən edilən hərəkətdir. Amma hansısa kobudluq olmayıb ki, vərəqə göstərəsən.