- Köhnə - İdman
- 20 Fevral 2017 12:58
- 4 316
Stolüstü tennisçilərimiz Fransada çempionatın qalibi oldular
Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında komanda yarışları başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzNews.az-a verilən məlumata görə, qızlardan ibarət Azərbaycan komandası I yeri tutaraq çempionatın qalibi olub. Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb.
Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanmışdı.