“Barselona” Messinin 15 yaşındakı görüntüsünü yaydı - Video

Barselona Futbol Klubu “Qızıl Top” mükafatını 4 il dalbadal qazanan Lionel Messinin gənclər komandasında oynayan zaman çəkilən video görüntüsünü yayıb.

AzNews.az xəbər verir ki, Messinin U-16 komandasında bu görüntüləri ilk dəfə yayılıb. Argentinalı burada 9, 10 və 15 nömrəli oyunçu kimi çıxış edib. Komandanın baş məşqçisi sonradan “Dinamo” (Tbilisi) klubu ilə işləyən Aleks Qarsiya olub.

13 yaşı olanda Lionel Messi 2000-ci ildə "Barselona"nın futbol fabriki olan “La Masia”ya gəlib. 4 il sonra Leo artıq "Barselona"nın Sequndada çıxış edən B komandasında forma geyinməyə başlayır və həmin ildə forvard "Barselona"nın əsas komandasında da debüt edir.