Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün start veriləcək. Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün start veriləcək.

Bu gün “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün start veriləcək.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Turun açılış matçı Gəncədə oynanılacaq.

“Kəpəz” “Neftçi”ni sınağa çəkəcək. Komandalar turnir cədvəlində qonşudurlar. Son turlar Gəncə klubu evdə inamlı çıxış etsə də, paytaxt klubu haqda eyni sözləri demək olmur. Kubokda mübarizəni dayandıran “Neftçi”nin Premyer Liqada dördüncü olması da asan deyil.

Günün ikinci oyunu isə Respublika stadionunda keçiriləcək. Son illərin çempionu “Qarabağ” cari mövsümdəki əsas rəqibi “Qəbələ” ilə görüşəcək.

Görüş hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. “Qarabağ” qələbə qazansa, çempionluğun taleyini demək olar ki, həll edəcək. “Qəbələ” meydandan 3 xalla ayrılsa, xal fərqi minimuma enəcək.