Qadın karateçimiz gümüş medal qazandı

Azərbaycanlı karateçi İlahə Qasımova 55 kiloqramadək çəki dərəcəsində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, o, finalda misirli karateçi Yassmin Attiyaya məğlub olub.

Bu nəticə ilə Misir IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az