Güləş yarışları start götürdü - Yenilənib 4

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçiləri tatami üzərinə çıxacaqlar.

AzNews.az xəbər verir ki, İdmançılarımızdan Rəsul Çunayev (71 kq), Murad Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.

***

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub. O, Əlcəzair güləşçisi Akrem Budjemlini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

***

Orxan Nuriyev pakistanlı rəqibinə 9:0 hesabı ilə, Murad Məmmədov (59 kq) isə iranlı rəqibinə 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar.

***

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Əlcəzair təmsilçisi Sid Azara Bagiri 10:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Orxan Nuriyev də (98 kq) öz növbəsində özbəkistanlı rəqibi Rüstəm Assakalovu 5:0 hesabı ilə məğlub edərək qalib gəlib.

***

Yunan-Roma güləşçimiz Rəsul Çunayev (71 kq) yarımfinalda məğlub olub. O, bürünc medal uğrunda türkiyəli rəqibi İlker Sönmez ilə qarşılaşacaq. Digər idmançımız Murad Məmmədov da bürünc medal uğrunda İordaniya təmsilşisi Mustafa Alqade ilə döyüşəcək.

Finala yüksələn Rafiq Hüseynov İran idmançısı Yusif Qaderian, Orxan Nuriyev isə qırğızıstanlı Uzur Juzupbekovla qarşılaşacaq.