Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Millimiz İslamiadanın qalibi oldu

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv finalda Türkiyə yığmasını yenib - 3:1.

Bakı Kristal Zalında keçirilmiş həlledici görüşdə "ay-ulduzlular" yalnız ikinci seti qalib kimi başa vura biliblər. Qalan setlərdə üstün oyun sərgiləyən Azərbaycan millisi yekunda İslamiadanı qızıl medalla başa vurub.