Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçiriləcək

Bakıda 2017-ci ilin oktyabr ayının 1-dən 6-na qədər Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçiriləcək.

Trend-in təşkilatın rəsmi saytına (wbcboxing.com) istinadən verdiyi məlumata görə, Konvensiyada 165 ölkənin nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Ümumdünya Boks Şurası - 1963-cü ildə 11 boks milli təşkilatları (Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Meksika, Panama, Peru, ABŞ, Filippin, Fransa və Çili) tərəfindən yaradılmış professional boks təşkilatıdır.

AzNews.az