- Köhnə - İdman
- 2 İyul 2017 19:04
- 5 751
Portuqaliya Ronaldosuz bürünc medal qazandı

Rusiyada keçirilən Konfederasiyalar kuboku yarışında üçüncü yer uğrunda oyuna yekun vurulub.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Portuqaliya Meksikaya 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb. Bu matçda portuqaliyalıların lideri Kriştiano Ronaldo millinin düşərgəsini tərk etdiyi üçün iştirak etməyib.
Qeyd edək ki, oyunun 90-cı dəqiqəsinə kimi Meksika hesabda öndə olub.