- Köhnə - İdman
- 8 Avqust 2017 23:04
- 4 733
Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli müəyyənləşib
Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, oyun cədvəlinə görə avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.
İlk tur çərçivəsində bir gün sonra Bakının “İnter” klubu “İnter Arena”da “Qəbələ” komandası ilə görüşəcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.
Avqustun 13-də saat 19:00-da başlayacaq matçda isə “Zirə” komandası eyni adlı idman kompleksinin stadionunda “Səbail” ilə oynayacaq.
Tura “Sumqayıt”–“Kəpəz” kollektivlərinin oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
AzNews.az