"Neftçi" nəhayət ki, qalib gəldi

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, günün ilk oyununda "Neftçi" "İnter"in qonağı olub.

Matçın ilk hissəsində komandalar qolsuz bərabərə qalıb. Lakin ikinci hissədə "neftçilər" təşəbbüsü ələ alıblar. Belə ki, əvvəlcə 60-cı dəqiqədə Derlis Meza Kolli hesabı açıb. 72-ci dəqiqədə isə Rəhman Hacıyev fərqi artırıb.

"İnter" futbolçuları matçın gedişinə təsir edə bilməyincə, oyun elə bu hesabla başa çatıb - 0:2.

Beləliklə, "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb.

AzNews.az