Yaponiya Qran Prisinin qalibi məlum oldu - Qəzalarla bol yarış (Fotolar)

Mövsümün 16-cı yarışında Suzuka trasında növbəti qalibin adı məlum oldu.

AzNews.az xəbər verir ki, finişə ilk çatan bu dəfə də Mercedes pilotu Luis Hamilton oldu. Yay mövsümündəki qısa tətildən sonra baş tutan 4 yarışın 3-də birinci olan ingilis pilotun bu mövsüm 8-ci, karyerasında 61-ci qələbəsi olub.

Podiumun ikinci və üçüncü yerlərini isə Red Bull pilotları Maks Ferstappen və Daniel Rikkardo qazanıb.

Yarışa ilk yerlərdə mövsümdə 10-cu poulunu qazanan Luis Hamilton, Sebastyan Fettel, Daniel Rikkardo başlayıb. Startda güc qurğusundakı dəyişikliklərə görə Fernando Alonso, Karlos Sayns və Colion Palmer, ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirməyinə görə Valtteri Bottas və Kimi Rəykkönen 5 yer itirməli olublar.

Starda mexaniklər yanma sistemində problemlər olduğundan Fettelin bolidinə müdaxil etməli olublar. Buna baxmayaraq, Fettel yarışda xeyli temp itirib. Yarışa sona qədər davam gətirə bilməyən alman pilot vaxtından əvvəl boksa qayıtdı.

7- ci döngədə Karlos Saynz qəza törətdiyindən, trasa təhlükəsizlik avtomobili çıxıb. Nəticədə, yarışa restart verilib.

9-cu dövrədə Markus Erikson qəzaya uğradı. Bu dəfə isə maşının evakuasiyası üçün virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edildi.

Bu da yarışda son qəza olmadı. 47-ci dövrədə Lens Stollun ön sağ təkəri partladı və bolid idarəolunmaz vəziyyətə düşdü. Nəticədə gənc pilot qəzaya düşdü.

Yarışa üçüncü dəfə restart verildi.

Günün sürücüsü isə Maks Ferstappen seçildi.

Hazırda turnir cədvəlində 4 qat dünya çempionu adına çox yaxın olan Hamilton 306 xalla liderdi. 247 xalla Fettel ikinci, Bottas 234 xalla üçüncüdü.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description