Meksika Qran Prisinin qalibi məlum oldu. Meksika Qran Prisinin qalibi məlum oldu.

Hamilton vaxtından əvvəl 4 qat Dünya Çempionu oldu - Fotolar

Meksika Qran Prisinin qalibi məlum oldu.

AzNews.az xəbər verir ki, mövsümün 18-ci yarışında Red Bull pilotu Maks Ferstappen birinci oldu. 20 yaşlı gənc pilot karyerasında 3-cü, mövsümdə 2-ci qələbəsini qazandı. Podiumun ikincisi Mercedes pilotu Valtteri Bottas, üçüncüsü isə Ferrari pilotu Kimi Raykkonen oldu.

Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamilton vaxtından əvvəl 4 qat Dünya Çempionu adını qazandı. Hamilton bununla ən yaxın rəqibi olan Fettellə titulların sayını bərabərləşdirdi.

Yarışa ilk yerlərdə karyerasında 50-ci poulu qazanan Ferrari pilotu Sebastyan Fettel birinci, Maks Ferstappen ikinci, Luis Hamilton üçüncü yerdə başladı.

Startda pilotlar arasında mübarizə zamanı Hamiltonun təkəri partladı, Fettelinsə bolidinin ön qanadı zədələndi. Bu səbəbdən hər iki pilot vaxtından əvvəl boksa getməli oldu.

Ötən gün yaşanan problemlərə görə Rikkardonun bolidinin mühərriki yenisi ilə əvəz olunmuşdu. Bu səbəbdən yarışa startda yer itirərək 16-cı pillədən başlamışdı. Buna baxmayaraq, yeni mühərrikdə də problemlər yaşandı və o, ilk döngələrdəcə yarışdan kənarda qaldı.

Maraqlıdır ki, Renault matoru nə Hulkenberqə, nə də Hartliyə uğur gətirmədi. Bu səbəbdən hər iki pilot yarışı dayandırdı.

33-cü dövrədə Hartlinin trasda qalan bolidinə görə bir dövrəlik virtual təhlükəsizlik maşını rejimi tətbiq edildi və yarışa restart verildi.

Bu da mühərriki yanan son bolid olmadı. Finişə çata bilməyən pilotların sırasına Sauber pilotu Markus Erikson da qoşulmalı oldu.

Fernando Alonso ilə mübarizədə Roman Grojan trasdan çıxmaqla üstünlük qazandığına görə stüartlar tərəfindən 5 saniyəlik cəza aldı.

Yarışın sonlarında Alonso ilə gərgin mübarizə aparan Hamilton onu ötərək yarışı 9-cu pillədə tamamlayaraq, hesabına 1 xal da əlavə etdi.

Günün sürücü isə startda yaşadığı uğursuzluğa baxmayaraq, 19-cu yerdən 4-cü yerə qalxmağı bacaran Sebastyan Fettel seçildi.

İki həftə sonra yarış Braziliyada davam edəcək.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description