Avtomobil yarışı faciəyə səbəb oldu: 28 nəfər - FOTOLAR

BŞ-ın Florida ştatının Dayton Biç şəhərində keçirilən avtoralli çempionatında (Nascar) baş vermiş qəza nəticəsində ən azı 28 nəfər xəsarət alıb. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Dayton İnterneşnl Spidvey" şirkətinin prezidenti Co Çintvud bildirib. Onun sözlərinə görə, xəsarət alanların yarısı xəstəxanalara çatdırılıb. İnsident yarışmanın sonuncu dövrəsində, Kayl Larsonun idarə etdiyi maşının tamaşaçıları avtodromdan ayıran çəpərə çırpılması nəticəsində baş verib. Qəza nəticəsində avtomobilin mühərrikində yanğın baş verib.

Məlumata görə, xəstəxanaya çatdırılan 11 nəfərin vəziyyəti kritikdir. Daha 5 nəfərdə müxtəlif dərəcəli xəsarətlər aşkar olunub.

Yarış 20 dəqiqəlik yubanma ilə yekunlaşıb, çempionatın qalibi Toni Styuart elan olunub. Lakin o təltif etmə mərasiminin təxirə salınmasını xahiş edib. "Biz avtoralli yarışlarının təhlükəli idman növü olduğunu bilirik. Lakin indi xəsarət alanların sırasında tamaşaçılar da var", deyə o qeyd edib.

Təşkilatçıların məlumatına görə, hal-hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib, onlardan 6 nəfərin vəziyyəti ağırdır. Daha 14 nəfərə isə tibbi yardım hadisə yerində göstərilib.
image description image description image description image description image description