Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək. Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək.

Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək - Paolo Frizinq

Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Lüksemburq Gimnastika Federasiyasının prezidenti Paolo Frizinq belə deyib.

O qeyd edib ki, Splitdə keçirilən UEG-in 27-ci konqresi çox yaxşı təşkil olunub.

Frizinqin sözlərinə görə, nəticələr bir qədər gözlənilməz olub: "Mən şadam ki, bizim yeni prezidentimiz var və hesab edirəm ki, o, təşkilatı vitse-prezident və yeni icraiyyə komitəsi ilə növbəti dörd il ərzində yaxşı idarə edəcək. Mənə gəlincə isə, nəticələrim yaxşıdır, xoşbəxtəm ki, yenidən vitse-prezident vəzifəsinə seçildim".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.