"Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik". "Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik".

"Azərbaycanda hücumçu yetişmir" - Rəşad Sadıqov

"Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik".

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində "Roma" ilə keçirdikləri son tur matçından (0:3) sonra deyib. Komandasının qrupdakı 6 oyununu dəyərləndirən 35 yaşlı məşqçi təcrübə çatışmazlığının hiss olunduğunu bildirib:

"Bu aydın məsələdir, yeni xəbər deyil. Ustalıqda bir qədər geri qalırıq. Hər bir matçda qırılma nöqtələri oldu. İlk turdan sonadək analiz etsək, görərik ki, oyunlarımız ümumilikdə pis getmirdi. Həmişə qopma nöqtələri olurdu. 5 dəqiqə də, 10 dəqiqə də qopurduq. Hansısa standart və ya təhlükəli vəziyyətdən biz yox, rəqib yararlanırdı. Uşaqlar daha təcrübəli olsaydılar, heyətə daha çox vaxt ayıra bilsəydik, hər bir görüşdən daha sərfəli nəticə ilə ayrıla bilərdik. Bu heyət turnirə 2-3 həftə qalmış yığıldı. Əksəriyyəti yeni oyunçulardır. Yəni, belə faktorların nəticələrə təsirinin olduğunu düşünürəm".

- Qış fasiləsində bu heyətdən əsas komandaya futbolçu cəl oluna bilərmi?

- Bu, artıq baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardır. Amma düşünürəm ki, 2-3 futbolçumuz öz üzərində daha yaxşı işləsə, oyunlarına daha çox diqqət yetirsə, gələcəkdə böyük futbol oynaya bilər.

- Komandanın 24 nömrəli futbolçusu Yaroslav Deda haqqında nə deyə bilərsən?

- Qurban Qurbanov bu futbolçu ilə maraqlanıb. Mən də öz fikirlərimi söyləmişəm. Özü də onun oyunlarını izləyib. Əsas komanda ilə məşqlər də edir. Öz üzərində daha da artıq çalışmalıdır.

- Baş məşqçi kimi bu komandanın gələcəyinə ümid edirsinizmi? Bu komanda bundan sonra nə üçün mübarizə aparacaq.

Hər bir oyunçu özü üçün mübarizə aparmalıdır. Futbolçuların stimulu gələcəkdə böyük futbol oynamaqdır. Hər bir futbolçunun hədəfi olmalıdır. Əsas komandalarda çıxış etmək istəməlidirlər. Milli haqda düşünməlidirlər. Məqsədləri bu olmalıdır. Komanda şəklində çıxıb oynayır. Biz bunları çox daşıya bilmərik. Biz bunları bir yerdə daşıya bilmərik. Özləri gələcək karyeraların qurmalıdır. Daha çox vaxt ayırmaqla, daha çox çalışmaqla. Peşekarlıqların artırmalıdırlar. Çatışmayan çox şey var. Bu gün uşaqlarnan "Atletiko" və "Çelsi" kimi komandaların bazasına gedirik. Onlar bazasına çatanda görürük ki, 1:0 geridəyik. Orda çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil. Ümumi götürsək, qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ilə yaxındır akademiyalardayam. 19 yaşlılarla 17 yaşlılara baxıram. 21 yaşlılar göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalardan yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Akademiyaları çox izləyirəm. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Ondan sonra milli səviyyəsində çıxış etsinlər. Elə mövqelər var ki, nəsli kəsilir. Özünüz də görürsüz ki, Azərbaycanda hücumçu yetişmir. Avropa səviyyəsində, milli səviyyəsində yoxdur. Forvardların boyu qısalır. Ya da ağırdılar və topl rəftarları zəifdir. Akademiyalarda belə hallara önəm vermək lazımdır. Futbolumuz uçuruma doğru gedir.

- Öz məşqçi perspektivini necə görürsən? Bu komanda ilə davam edəcəksən yoxsa?

Mənim Qurban müəllim kimi böyüyüm var. Harda məsləhət bilsələr orda olmağa hazıram. 19 yaşlıları məsləhət bilib. Bu gün burdayam. Öz üzərimdə işləməyi xoşlayıram. Mənim üçün böyük praktika oldu. Bu komandanı çalışdırmağa başlayanda mənə müdaxilələr də oldu.


- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milli komandaya gedəcəksən?

- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün "Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdı? Amma mənim üçün əla təcrübə oldu. Düzdü oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam. -

- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə fərdi ustalıqda axsamalar var idi. Bəs daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?

- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Oralarda əsasən sərbəstlik veririk ki, uşaqlar öyrənsinlər. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odur. Çalışıram ki, öz məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər elədim. Bu həm mənim üçün, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klubları çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər, uşaqlar xarici şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya Stadionunda "Roma”nı udaq.