Məşhur futbolçuya spirtli içki baha başa gəldi



İçkili şəkildə avtomobil sürərkən tutulan Nikolas Bentner, milli komandadan 6 aylıq uzaqlaşdırıldı. Bu qərarı Danimarka Futbol Federasiyası verib.

Qeyd edək ki, o, iki gün əvvəl Kopenhagendə içkili vəziyyərdə avtomobil sürən polis tərəfindən tutulub.

Yuventusun forvardı, bu məsələnin ardından Tvitter hesabından verdiyi açıqlamada "Hadisə yaradacaq bir vəziyyət deyildi, ancaq, bütün məsuliyyəti öz üzərimə götürürəm. Belə vəziyyətdə olmamalıydım"- sözlərini deyib.

Fərid
AzNews.az