- Köhnə - İdman
- 5 Mart 2013 15:18
- 1 662
Hakan Şükür və Rinat Dasayev Bakıda

Onun sözlərinə görə, veteran futbolçular Almaniya, Hollandiya, Türkiyə və keçmiş SSRİ respublikalarından olacaq. Abdullayev bildirib ki, mümkün namizədlər Hollandiyadan Ronald de Bur, Türkiyədən Bülent Korkmaz və Hakan Şükür, Rusiyadan Rinat Dasayev, Vagiz Xidyatullin, Ukraynadan İqor Belanov, Leonid Buryak, Vitali Şevçenkodur. Onlarla danışıqlarda vasitəçiliyi AFFA edəcək. Almaniyalı veteranlarla isə danışıqları milli komandamızın baş məşqçisi Berti Foqts aparacaq.
Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü mayın ilk günlərində baş tutacaq. Ardından veteranlarımız Özbəkistana səfər edəcəklər. Onlar Daşkənddə Özbəkistanın veteranları ilə qarşılaşacaqlar. Görüş ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə baş tutacaq.