- Köhnə - İdman
- 28 Fevral 2018 23:38
- 6 649
Azərbaycan transferlərdən ən çox xərcə düşən 15 ölkə sırasında
2017-ci ildə klubları beynəlxalq transferlərdən ən çox gəlir götürən və xərc çəkən ölkələrin siyahısı açıqlanıb.
AzNews.az xəbər verir ki, Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan ən çox xərcə düşənlərin siyahısında "Top-15"likdə yer alıb.
Klublarımızın transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Azərbaycan 14-cü pillədə qərarlaşdığı siyahıda 988,1 milyon dollarla İngiltərə birincidir.
Klubları ən çox gəlir gətirən ölkələr siyahısında isə 707,5 milyon dollarla Portuqaliya ilk yeri tutur. Braziliya 2-ci (226,9 milyon dollar), Hollandiya isə 3-cüdür (176,6 milyon dollar).
Ən çox xərcə düşən ölkələr
1. İngiltərə - 988,1 (milyon dollar)
2. Almaniya - 237,8
3. Çin - 227
4. Fransa - 215,9
5. İtaliya - 145,7
6. ABŞ - 66,3
7. Rusiya - 61,9
8. Türkiyə - 57,1
9. Hindistan - 36,3
10. Yaponiya - 30,5
11. Səudiyyə Ərəbistanı - 24,1
12. Şotlandiya - 12,9
13. Meksika - 7,7
14. Azərbaycan - 4,7
15. Anqola - 3,9
Ən çox gəlir götürən ölkələr
1. Portuqaliya - 707,5
2. Braziliya - 226,9
3. Hollandiya - 176,6
4. Argentina - 162,1
5. İspaniya - 110
6. Belçika - 87,9
7. Avstriya - 62,6
8. Ukrayna - 59,3
9. Xorvatiya - 51,8
10. İsveç - 37,5
11. Yunanıstan - 36,8
12. İsveçrə - 36
13. Uruqvay - 35,1
14. Polşa - 25,6
15. Serbiya - 23,6
(Sportnet.az)