“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir". “Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir".

"Bir xal belə qızıla bərabərdir" - "Kəpəz"in kapitanı

“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir".

AzNews.az Qol.az-a istinadən xəbər verir ki,bu sözləri "Kəpəz"in kapitanı Şəhriyar Rəhimov klubun saytına deyib.

O, Topaz Premyer Liqanın 18-ci turunda “Səbail”lə keçirəcəkləri oyun haqda danışıb: "Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdı. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdı. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünənamı qaytaracaq”.

“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı təsir bağışlasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq: “Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdı. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.