Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir.

Şəhriyar Məmmədyarov liderdir

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki,martın 2-dən 5-dək davam edəcək yarışların ilk günündə sürətli şahmat üzrə üç tur oynanılıb. Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə və hindistanlı Vişvanatan Ananda qalib gəlib, digər Rusiya şahmatçısı Vladimir Kramniklə heç-heçə oynayıb.

Üç turdan sonra Azərbaycan qrossmeysterinin hesabında 2,5 xal var. Sonrakı üç yeri 2 xalla Vişvanatan Anand, Aleksandr Qrişuk və Hikaru Nakamura tutur.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək dünya şahmat tacına iddiaçıların Berlində keçiriləcək turnirində iştirak edəcək.