İspaniyada "Espanyol" futbol klubunun formasını geyən Karlos Sançez, keçmiş komanda yoldaşı Astorinin ölüm xəbərini alınca futbol meydançasında özündən gedib. İspaniyada "Espanyol" futbol klubunun formasını geyən Karlos Sançez, keçmiş komanda yoldaşı Astorinin ölüm xəbərini alınca futbol meydançasında özündən gedib.

Ölüm xəbərini eşidən futbolçunun ürəyi getdi - Foto

İspaniyada "Espanyol" futbol klubunun formasını geyən Karlos Sançez, keçmiş komanda yoldaşı Astorinin ölüm xəbərini alınca futbol meydançasında özündən gedib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Fiorentina"nın 31 yaşlı kapitanı David Astori, komandasının "Udineze" ilə qarşılaşacağı oyun ərəfəsində qaldığı oteldə ölü halda tapılıb.

"Levante" - "Espanyol" qarşılaşmasında iştirak edən Karlos Sançez, keçmiş komanda yoldaşının ölüm xəbərini alandan dərhal sonra yerə yıxılıb. Həkimlər futbolçunun köməyinə yetişsələr də o, uzun müddət aldığı xəbərin şokundan qurtara bilməyib.