- Köhnə - İdman
- 20 Mart 2018 12:28
- 4 252
Millimizin oyununda VAR sistemi tətbiq olunacaq
Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.
"Report"un məlumatına görə, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
AzNews.az