“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib.

"Qəbələ" böyükhesablı qələbə qazanıb

“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, “qırmızı-qaralar” XXV turun bu gün keçirilən görüşündə Qəbələ şəhər stadionunda çempionatın autsayderi "Kəpəz”lə qarşılaşıb.

Matç qarşılıqlı hücumlarla başlayıb. Hesab 31-ci dəqiqədə açılıb. Famussa Konenin qapı önünə ötürməsini uzaqlaşdıran müdafiəçinin göndərdiyi top Filip Ozobiçin önünə düşüb. Xorvatiyalı bu imkanı qaçırmayıb – 1:0. Bir dəqiqə sonra Monrozun qüvvətli zərbəsinin önünü müdafiəçi kəsib. Darionun növbəti təhlükəli zərbəsini isə Bezotosnı dəf edib. Az keçməmiş "Qəbələ"nin daha fəal görünən sol cinahı hesabın artmasında rol oynayıb. Təmkin Xəlilzadənin ötürməsindən sonra uzaq dirəyin önündə nəzarətsiz qalan Monroz fərqi artırıb. Əks cinahdan ötürmədən sonra Dabonun baş zərbəsi isə istənilən kimi alınmayıb. Lakin Premyer Liqanın ən məhsuldar oyunçusu 3-cü qolda pay sahibi olub. Onun sol cinahdan Cavid Hüseynova ötürməsini kapitan “doqquzluğ”u nişan almaqla tamamlayıb – 3:0.

Matç bu hesabla da başa çatıb.

AzNews.az