Yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə güləşən Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) Avropa çempionatının finalına vəsiqə qazanıb. Yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə güləşən Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) Avropa çempionatının finalına vəsiqə qazanıb.

Güləşçimiz geri dönüş edərək Avropa Çempionatının finalına çıxdı

Yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə güləşən Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) Avropa çempionatının finalına vəsiqə qazanıb.

AzNews.az xəbər verir ki, Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib.

Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.