Almaniya mətbuatı Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Almaniya mətbuatı Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qran-Pri Almaniyanın RTL televiziya kanalında və onun internet saytında birbaşa yayımlanıb.

“DIE WELT”, “ZEIT”, “Frankfurter Allgemeine”, “BILD”, “Spiegel” kimi nüfuzlu qəzet və jurnallar, o cümlədən “Neue Westfalische”, “Münstersche Zeitung”, “Aachener Nachrichten”, “Augsburger Allgemeine” və digər regional qəzetlər, “Eurosport”, “Motorsport-Magazin”, “Motorsport-Total”, “Motorsport-Total” idman jurnalları, www.ran.de, www.tz.de, www.auto-motor-und-sport.de, www.sport1.de və s. onlayn kütləvi informasiya vasitələri Bakıda keçirilən Formula 1 avtomobil yarışlarını davamlı şəkildə işıqlandırıb. Reportaj və məqalələrdə Azərbaycan və Bakı haqqında müsbət fikirlər səsləndirilib, zəngin tarixi irsə malik olan paytaxtın müasirliyi ilə göz oxşadığı diqqətə çatdırılıb.