"Son illərdə lider kim olursa-olsun, o, həmişə yüksək səviyyə nümayiş etdirmək üçün ciddi səylər göstərib. Həm də bu, təkcə onun trasdakı işinə deyil, trasdankənar həyatına da aiddir” "Son illərdə lider kim olursa-olsun, o, həmişə yüksək səviyyə nümayiş etdirmək üçün ciddi səylər göstərib. Həm də bu, təkcə onun trasdakı işinə deyil, trasdankənar həyatına da aiddir”

Sebastyan Fettel Azərbaycan Qran-Prisində çıxışı ilə bağlı danışdı

"Son illərdə lider kim olursa-olsun, o, həmişə yüksək səviyyə nümayiş etdirmək üçün ciddi səylər göstərib. Həm də bu, təkcə onun trasdakı işinə deyil, trasdankənar həyatına da aiddir”

AzNews.az xəbər verir ki, bunu “Ferrari”nin piloti Sebastyan Fettel yarış zamanı “Mersedes”in pilotu Valtter Bottasa təhlükəsizlik maşını trası tərk edəndən sonra həmlə etməsi ilə bağlı epizodu yenidən şərh edərkən qeyd edib.

O deyib:

“Manevr alınmayandan sonra “Mən bunu etməməli idim” demək asandır. Mən bunu sınamalı idim, sınadım da, amma alınmadı. Mən cəhd etdim, çünki aramızdakı məsafəni görürdüm. Nəhayət, axı mən gəminin kapitanıyam.

Düşünürəm ki, Formula 1-də keçirilən illər ərzində bəzi şeylərə münasibət dəyişir. Getdikcə daha da müdrikləşirsən, səviyyən və səbəblərin dəyişir. Bəlkə də hər şeyə tamamilə başqa gözlə baxırsan. Əsas məsələ budur ki, əslində kim olduğunu bilirsən. Sonra ətrafda baş verənlərə əhəmiyyət verməyə bilərsən. Bunu diqqətini cəmləmək və sadəcə yürüşdən zövq almaq üçün etməlisən.

Pilot mükafatlı yerlər uğrunda mübarizə aparmaq istəyirsə, tez-tez səhvə yol verə bilməz. Son illərdə lider kim olursa-olsun, o, həmişə yüksək səviyyə nümayiş etdirmək üçün ciddi səylər göstərib. Həm də bu, təkcə onun trasdakı işinə deyil, trasdankənar həyatına da aiddir”.

Qeyd edək ki, Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində dördüncü yeri tutub.