2018-ci il futbol üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib. 2018-ci il futbol üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib.

Dünya çempionatının açılış mərasimi keçirildi - Putin nitq söylədi (Fotolar)

2018-ci il futbol üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, açılış mərasimi Moskvada “Lujniki” stadionunda baş tutub.

Mərəsimdə məşhur ingilis müğənni Robie Viyamsın musiqili çıxışı olub.

Musiqili hissədən sonra rəsmi çıxışlar başlayıb. Rusiya prezidenti Vladimir Putin çıxış edərək hər kəsi salamlayıb və futbol azarkeşlərini futbol bayramı münasibətilə təbrik edib.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi “Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə tərik etdi. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə etdi. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirdi. “Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğuladı.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söylədi.

Açılış matçı Rusiya və Səudiyə Ərəbistanı milliləri arasında olacaq.