Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub

Ronaldo yenə tarix yazdı - Video

Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub

Apasport.az saytının məlumatına görə, portuqaliyalı super ulduz DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.

Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.

Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006 - İran, DÇ-2010 - Şimali Koreya, DÇ-2014 – Qana) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.

Onu da deyək ki, hazırda dünya çempionatında iştirak edən Tim Keyhil (Avstraliya) və Rafael Markez (Meksika) da Ronaldoya “qoşula” bilər. Hər iki oyunçu daha əvvəl 3 DÇ-də rəqib qapıçını məyus edə bilib.

Qeyd edək ki, dünən son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.

Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib.

Dünya çempionatının qrup mərhələsi, I tur

15 iyun

B qrupu

Portuqaliya – İspaniya – 3:3

Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.

Soçi, “Fişt” stadionu