“Qarabağ”ın 5 potensial rəqibi bilindi

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanı Avropanın 1 nömrəli klub turnirində təmsil edən "Qarabağ"ın beş potensial rəqibi bəlli olub. "Səpələnmişlər" səbətində yer alan Ağdam klubu reytinq cədvəli aşağı olan klublardan biri ilə qarşılaşacaq. "Atlılar" I təsnifat mərhələsində "Şkendiya" (Makedoniya), "F91 Düdelanj" (Lüksemburq), "Olimpiya" (Sloveniya), "Suduva" (Litva) və "Torpedo" (Gürcüstan) klublarından biri ilə üz-üzə gələ bilər.

Qrup I
"Səpələnmişlər"

APOEL (Kipr)
"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
TNS (Uels)
"Videoton" (Macarıstan)

"Səpələnməmişlər"

"Şkendiya" (Makedoniya)
"F91 Düdelanj" (Lüksemburq)
"Olimpiya" (Sloveniya)
"Suduva" (Litva)
"Torpedo" (Gürcüstan)

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü sabah Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Oyunlar isə iyulun 10-11 və 17-18-də təşkil olunacaq.

AzNews.az