Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Mərakeş yığması ilə görüşdə fərqlənməklə yığma komandalar tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib. Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Mərakeş yığması ilə görüşdə fərqlənməklə yığma komandalar tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib.

Ronaldonun daha bir uğuru

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Mərakeş yığması ilə görüşdə fərqlənməklə yığma komandalar tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu yığmada 85-ci qoluna imza atıb. Bununla da Ronaldu 84 qola malik macarıstanlı Ferents Puşkaşı arxada qoyub. O, ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir. Daei isə 2006-cı ildə milli komanda ilə vidalaşıb və növbəti il karyerasını başa vurub. Puşkaş isə 2006-cı ildə dünyasını dəyişib.

AzNews.az