Portuqaliya-Mərakeş - 1:0

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunun ikinci turuna start verilib.

"Report"un məlumatına görə, Portuqaliya yığması Mərakeşlə üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Kriştianu Ronaldu vurub. Portuqaliya bu nəticədən sonra xallarının sayını, Ronaldu isə qollarını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş isə növbəti mərhələ şanlarını itirib.

Qeyd edək ki, qrupun digər oyununda İspaniya və İran yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

AzNews.az