“Rusiya 2018”in təşkilat komitəsinin sədri Arkadi Dvorkoviç fan-zonaya gedən adamların sayı barədə məlumat verib. “Rusiya 2018”in təşkilat komitəsinin sədri Arkadi Dvorkoviç fan-zonaya gedən adamların sayı barədə məlumat verib.

“Rusiya-2018”in fan-zonasında bugünədək 2,5 milyon azarkeş olub

“Rusiya 2018”in təşkilat komitəsinin sədri Arkadi Dvorkoviç fan-zonaya gedən adamların sayı barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, 2,5 milyon azarkeş dünya çempionatının təşkilatçı şəhərlərinin fan-festindən keçib.

Xatırladaq ki, 2018-ci ilin dünya çempionatının matçları Rusiyanın 11 şəhərinin 12 stadionunda keçirilir. Bütün qruplarda birinci tur oynanılıb. Onların bəzilərində ikinci tur da başa çatıb və onun yekunlarına əsasən, pley-off mundialının bəzi iştirakçıları məlum olub. Məsələn, “A” qrupundan turnirin səkkizdəbir finalına Rusiya və Uruqvay yığmaları çıxıblar. Onların görüşünün yekununa əsasən dördlükdə hansının birinci yer tutacağı məlum olacaq.

AzNews.az