Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb. Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

"Neftçi"dən qələbə

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "Politexnika”sı ilə üz-üzə gəlib.

Qarşılaşma "Nefçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 23-cü dəqiqədə Rəhman Hacıyev, 64-cü dəqiqədə isə Baqali Dabo, 90-cı dəqiqədə isə Rəşad Eyubov vurub.

Qeyd edək ki, "Neftçi" əvvəlki üç yoxlama matçında da qələbə qazanıb. Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” klublarını 2:0 hesabı ilə məğlub edən komanda Bosniya və Herseqovina "Çelik”ini 4:1 hesabı ilə üstələyib.

Yoxlama oyunu

5 iyul

18:00. "Neftçi" - "Politexnika" - 3:1

AzNews.az